`Bomba` həyacanı - 172 nəfər təxliyə edilib


21:51     06 Noyabr 2017 bomba.jpg

Ukraynanın Xarkov vilayətində rayon məhkəməsinin binasında "bomba" həyəcanı yaşanıb. Yalan informasiya nəticəsində 170 nəfər məhkəmə binasından təxliyə edilib.

Femida.az-ıın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Xarkovdakı polis bölməsi məlumat verib.

Polisin məlumatına görə, partlama ilə bağlı məlumat bu gün səhər saatlarında daxil olub. Polis ərazidə araşdırma aparıb: "Mütəxəssislər 1,4 min kvadrat metrlik binanı və 2 min kvadrat metr ərazini araşdırmaq üçün 172 vətəndaşı təxliyə ediblər. Ərazidə heç bir partlayıcı maddə tapılmayıb".

Femida.az

Açar sözlər:

Oxunub: 541


Oxşar xəbərlər